Yerevanda polis hökumət binasını əhatəyə alıb

Yerevanda polis hökumət binasını əhatəyə alıb Yerevanda polis və xüsusi təyinatlılar hökumət binasını əhatəyə alıb.
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları hökumətin iclasının qarşısını almaq məqsədilə Nazirlər Kabinetinə giriş-çıxışı bağlayacağını elan edib.
Bunun qarşısını almaq üçün binanın ətrafında polislər bir neçə sıradan ibarət mühafizə xətti yaradıb.
Eyni zamanda etirazçılar Nazirlər Kabinetinin ətrafına toplaşmağa başlayıb.

Qeyd edək ki, ötən gün Yerevanda minlərlə insan etiraz aksiyasına qatılmışdı.

Geri qayıt