Bu il 241 PKK terrorçusu təslim olub

Bu il 241 PKK terrorçusu təslim olub Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri əməliyyatlar zamanı terrorçuların sağa ələ keçirilməsi üçün göstərdikləri səylər nəticə verib.
PKK terror təşkilatından qaçan daha 7 nəfər təhlükəszilik qüvvələrinə təslim olublar.
Bildirilir ki, həmin şəxslər 2013-2018-ci illərdə PKK terror təşkilatına qatılaraq İraq və Suriyada fəaliyyət göstəriblər.
Bununla da, 1 yanvar tarixindən bu günə kimi inandırılaraq təslim edilən terrorçuların sayı 241-ə yüksəlib.

Geri qayıt