15 mart tarixinə Türkiyəyə Qardaş Köməyinin həcmi açıqlanıb

15 mart tarixinə Türkiyəyə Qardaş Köməyinin həcmi açıqlanıb

"Qardaş Köməyi” platforması çərçivəsində qardaş Türkiyəyə göndərilən yardımların 15 mart tarixinə həcmi açıqlanıb.


ONNaz.TV ONN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, cari ilin 15 mart tarixinə Platforma tərəfindən ümumilikdə 166 yük maşını və 5 təyyarə olmaqla fəlakət zonasına xüsusi yığılmış, yaşamaq üçün bütün şəraitlə təhçiz edilmiş 69 ədəd ev tipli konteyner, 219 çadır, əksəriyyəti böyük gücə malik olmaqla ümumilikdə 197 generator (təqribən 2110 kv gücündə), 839 sayda pover bank, 12873 qutu müxtəlif gigiyenik məhsullar, 126 min litr su və müxtəlif meyvə şirələri, 26,2 ton dərman və tibbi ləvazimatlar, 1128 ton qida, 7130 sayda adyal və yorğan, 138 sayda oyuncaq və hədiyyə qutusu, 5 ədəd xüsusi hazırlanmış mobil – daşınan sanitar qovşağı, 2 ədəd xəstəxana üçün nəzərdə tutulan mobil-daşınan otaq, 619 mindən yuxarı geyim növləri və yataq ləvazimatları göndərilmişdir.


Xatırladırıq ki, Platforma qardaş  Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım etmək məqsədi ilə fəlakətdən dərhal sonra, Azərbaycanda yaradılıb


Geri qayıt