Böyük vətənpərvər, cəfakeş alim Əjdər İsmayılovun vəfatından 1 il ötür

Böyük vətənpərvər, cəfakeş alim Əjdər İsmayılovun vəfatından 1 il ötür

Bu gün böyük vətənpərvər, cəfakeş alim, dönməz Turançı, erməni tarixinin atasına “od vuran” alim kimi tanınan Professor Əjdər İsmayılovun vəfatından 1 il ötür.


Professor 23 aprel 1938-ci ildə Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində anadan olub. 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirib.
1961-1977-ci illərdə doğma kəndində məktəb direktoru, daxili işlər nazirliyinin, “Şərq Qapısı” qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, Baş müəllim və Professor olmuşdur.

Cavidşünas alim 1982-ci ildə Nizami adına Ədəbiyyat instutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdır.
Ə.İs­ma­yı­lo­v elmi tədqiqatlarının bir hissəsini fi­lo­lo­gi­ya el­mi­nin mü­hüm istiqamət­lə­rin­dən bi­ri­nə – dün­ya xalq­la­rı mə­də­niy­yət­lə­ri ara­sın­da qanuna­uy­ğun ənə­nə­vi əla­qə və in­ki­şaf pro­se­si­nin təd­qi­qi­nə həsr etmişdir.

1988-ci ildən Azərbaycanda məlum hadisələrlə bağlı Xalq hərakatına qoşulmuş və bir çox hadisələrin qarşısının alınmasında fəal olmuşdur.
1990-cı ilin noyabr ayında təsis etdikləri “Şərur döyüşür” hərbi-cəbhə qəzetinin ilk sayı Şərur rayon mətbəəsində onun Kremlin işğalçı siyasətini ifşa edən “İmperiya qoşunları Naxçıvan sərhədlərində” adlı məqaləsi ilə buraxılmışdır.
1990-cı ilin dekabr ayında Bakı-İrəvan dəmir yolu ilə gələn yük qatarlarının İrəvana tərəf keçməsinin, guya “təhlükəsizliyini” təmin etmək, əslində Naxçıvan Vilayətini ermənilərə təhfil vermək üçün Şərur stansiyasını hərbləşdirmək bəhanəsilə faciəli planı həyata keçirməyə çalışan general Surkov Afiyəddin Cəlilova bildirmişdi ki, komandası altında olan qoşunun bir hissəsini Sədərək qəsəbəsinin girəcəyində, bir hissəsini Qıvraq kəndində rus polkunun ərazisində, o biri hissəsini Naxçıvanın çıxacağında yerləşdirdikdən sonra yolu Mehri stansiyasından bağlamış ermənilərlə danışığa gedəcək. Bir dəstə ziyalını dinləyəndən sonra rus generalının öz dili ilə dedyi planı ifşa edən Əjdər İsmayılovun qəti etirazından nəticəyə gələn Afiyəddin Cəlilov Surkovun ordusunu Muxtar Respublikanın ərazisindən çıxarmışdı
1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdürmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi.
Heydər Əliyevin Azərbaycan Respublikasına prezident namizədliyini irəli sürmüş Şərur əhalisinin toplantısında “yaş həddi” ilə əlaqədar çıxarılmış qərarı müdafiə etmək üçün keçmiş Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçirilmişdi. Mitinqin təşkilatçılarından olan Əjdər İsmayılov xalqı ayıqlığa, qarşıdan gələcək fəlakətlərdən xilas üçün Heydər Əliyevin ətrafında birləşməyə çağırmışdır.
Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə Naxçıvanda onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. Sonra baş verən mürəkkəb hadisələrin xaosunda xilas yolunu seçə bilməyən xalqı onun ətrafında birləşdirmək üçün partiya yaratmağın zəruriliyini təklif etmişdi.

1992-ci ilin avqust ayında bu məqsədlə o, Şərurda ziyalılardan ibarət “Heydər Əliyev tərəfdarları” təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvanda keçirilən təsis konfrasının tarixi əsasını qoymuş oldu.
Əjdər İsmayılov dəfələrlə ölümlə üz-üzə qalsa da bu siyası fəaliyyətindən əl çəkməmiş Heydər Əliyevin yaxın silahdaşı kimi axıra qədər Ulu öndərin xalqı xilas etməsi yolunda mübarizə aparmışdır.
Əjdər İsmayılov “Dünya romantizm ənənəsı və Hüseyn Cavid”, “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi”, “Hüseyn Cavid və Şekspir”, “Hüseyn Cavid və Gete”, “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”, “Moisey Xorenatsi anonim keşiş müəllifdir”, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir”, “Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir”, “Dərəşam: Oguz-Türk məzarlığı”, “Oğuz-türk tarixi: Bəylərbəyi Rəvan xandan İrəvan qala-şəhər yadigarı”, “44 Günlük” əfsanəvi hərb tariximiz”, “”AVESTA” memarlıq abidəsi: Keşiçi dağ-məbəd kompleksi”, “Daşnaq – bolşevik terrorunun ideoloqları: Stepan Şaumyan, Anastas Mikoyan…” , “Hayların ön Qafqazda rus imperiya tarixi” və bir sıra digər monumental elmi əsərlər olmaqla, ümumilikdə 750 dən çox elmi əsərlər, tədqiqatlar, məqalələr yazaraq bizə miras qoymuşdur.
Professor Əjdər İsmayılov “Turan Araşdırma Mərkəzi” İB-nin qurucusu və ilk sədri olub.
Professor Əjdər İsmayılov ötən il martın 13-də haqq dünyasına qovuşub.

Allah rəhmət eləsin!



Geri qayıt