Türkiyəyə Qardaş Köməyinin həcmi açıqlandı

Türkiyəyə Qardaş Köməyinin həcmi açıqlandı

“Qardaş Köməyi” platforması çərçivəsində qardaş Türkiyəyə göndərilən yardımların 06 mart tarixinə həcmi açıqlanıb.


ONNaz.TV ONN İnformasiya Agentliyinə istinadla xəbər verir ki, cari ilin 06 mart tarixinə Platforma tərəfindən ümumilikdə 155 yük maşını və 5 təyyarə olmaqla fəlakət zonasına xüsusi yığılmış, yaşamaq üçün bütün şəraitlə təhçiz edilmiş 53 ədəd ev tipli konteyner, 155 çadır, əksəriyyəti böyük gücə malik olmaqla ümumilikdə 195 generator (təqribən 2110 kv gücündə), 839 sayda pover bank, 12680 qutu müxtəlif gigiyenik məhsullar, 123 min litr su və müxtəlif meyvə şirələri, 26,2 ton dərman və tibbi ləvazimatlar, 1121 ton qida, 6700 sayda adyal və yorğan, 30 sayda oyuncaq və hədiyyə qutusu, 5 ədəd xüsusi hazırlanmış mobil – daşınan sanitar qovşağı, 2 ədəd xəstəxana üçün nəzərdə tutulan mobil-daşınan otaq, 612 mindən yuxarı geyim növləri və tekistil ləvazimatları göndərilmişdir.


Xatırladırıq ki, Platforma qardaş  Türkiyə Respublikasının cənub-şərqində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkən insanlara yardım etmək məqsədi ilə fəlakətdən dərhal sonra, Azərbaycanda yaradılıb.

Geri qayıt