MÜSİAD Azərbaycan İdarə Heyyətinin yeni tərkibi elan edildi

MÜSİAD Azərbaycan İdarə Heyyətinin yeni tərkibi elan edildi

ONNaz.TV xəbər verir ki, bu gün MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Birliyinin) Azərbaycanın yeni tərkibdə İdarə Heyətinin ilk iclası keçirilib.

İdarə heyətinin sədri Rəşad Cabirli iclası açaraq MÜSİAD Azərbaycanın idarə heyətindən ayrılan üzvlərinə keçmiş fədakar fəaliyyətlərinə görə təşəkkür edərək yeni tərkibdə formalaşan heyətə uğurlar arzu edib.

Eyni zamanda, gələcəkdə aparılmalı olan bir sıra mühüm işlər müzakirə edilib.

Xatırladaq ki, MÜSİAD Azərbaycan idarə heyətindən İrfan Şahin, Yusif Hüseynov və Ruslan Fərzəliyev könüllü olaraq öz istəklərilə ayrıldıqdan sonra onların yerinə

Emin Əzizli və Əli Qədirbəyli seçiliblər.

MÜSİAD Azərbaycanın idarə heyətinin yeni tərkibi və cavabdeh sahələr üzrə müvafiq komissiyalar aşağıdakı kimi formalaşıb:

1. Rəşad Cabirli (İdarə Heyətinin sədri)

2. Sait Yinanç (Sədr Vəkili, Kənd Təsərrüfatı və Turizm komissiyasının sədri)

3. Hüseyin Yapar (Qurumlarla əlaqələr komissiyasının sədri)

4. Alim Şentürk (İnşaat və tikinti materialları komissiyasının sədri)

5. Osman Yaqubov (Karz-ı Hasen sədri) 

6. Emin Əzizli (İstehsal və Ticarət komissiyasının sədri)

7. Əli Qədirbəyli (Təhsil, Mədəniyyət və Planlama komissiyasının sədri)

8. Sərxan Sultanlı (Gənc MÜSİAD sədri)

     Muhterem Öz (Təşkilatlanma və üzvlərlə əlaqələr komissiyyasının sədri, Baş Katib)







Geri qayıt