Türkiyəyə "Qardaş köməyi" : Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıa

Türkiyəyə "Qardaş köməyi" : Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıa

Əsrin fəlakəti" olaraq bilinən Türkiyənin zəlzələ bölgəsinə Azərbaycan dövləti və cəmiyyətinin qardaş köməyi davam edir. Bir çox iş adamı cəmiyyətləri və qeyri-hökümət təşkilatlarının birləşərək formalaşdırdığı Qardaş Köməyi Platformasını təmsil edən heyət də Kahramanmaraş başda olmaqla zəlzələ bölgəsinə səfər edib.

ONNaz.TV xəbər verir ki, heyətdə təmsil olunan Türk-İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu açıqlamasında bildirib ki, bu, tarixi bir sınaq dövrüdür. Bu mənada, Azərbaycan da çətin dövrlərin qardaşı olduğunu göstərmiş oldu.

Onun sözlərinə görə, Azərbaycanda bir neçə qeyri hökumət təşkilatının toplaşaraq formalaşdırdığı Qardaş Köməyi Platforması da dövlətlə paralel olaraq Türkiyədəki zəlzələ bölgəsinə yardımlar göndərir.

""Qardaş köməyi" XX əsrin əvvəllərində Azərbaycan aydınlarının, ictimai xadimlərinin qurduğu cəmiyyətlərin əsas şüarı olub. O dövrdə Bakı, Gəncə və Tiflisdə qurulan müsəlman xeyriyyə cəmiyyətləri həm Anadoludakı Balkan, həm də Birinci Dünya müharibəsində soydaşlarımıza yardım etmək üçün müxtəlif kampaniyalar aparıblar. Bunu da "qardaş köməyi" devizi altında aparıblar" deyən T.Nüsrətoğlu bildirib ki, indi də Qardaş Köməyi Platforması həmin missiyanı yerinə yetirir.

Telman Nüsrətoğlu qeyd edib ki, göndərilən yardımlar bir-bir məntəqələrə çatdırılır:

"Burda, doğrudan da, çox dəhşətli bir yıxım var. Hatayda, demək olar, binaların 80%-i yoxdur. Bu qəsəbələrin hamısı yenidən qurulmalıdır. Dövlət əlindən gələn hər şeyi edir. Amma, təbii ki, böyük bir ərazidir. Dövlət insanların ehtiyaclarını təmin edir. Böyük bir səfərbərlik var".

Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanın dövlət və millət olaraq dəstək verməsi böyük təqdirlə qarşılanır.

"Bu, tarixi bir sınaq dövrüdür. Bu mənada, Azərbaycan da çətin dövrlərin qardaşı olduğunu göstərmiş oldu. Biz də QHT təşkilatları olaraq, burdayıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq".




Geri qayıt