Əliyevlə qaz qovşağını müzakirə edəcəyik- Ərdoğan

Əliyevlə qaz qovşağını müzakirə edəcəyik- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır.

Türkiyə lideri bunu jurnalistlərə açıqlamasında deyib.

“Putin və onun rəsmi təmsilçiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək. Onun yaradılması ilə bağlı məsələlərin gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq”, - Ərdoğan deyib.

Geri qayıt