XİN Gəncə terrorunun ildönümü ilə bağlı paylaşım edib

XİN Gəncə terrorunun ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terrorun ikinci ildönümü ilə bağlı paylaşım edib.

Bu barədə XİN-in Tvitter hesabında yazılıb.

“Bu, Ermənistanın növbəti təcavüzü idi. 2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 1- mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, - paylaşımda bildirilib.

Geri qayıt