57-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

57-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi Rusiya Müdafiə Nazirliyi müharibənin 57-ci günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov bildirib.
“Xüsusi hərbi əməliyyat başlayandan indiyədək düşmənin 140 təyyarəsi, 106 helikopteri, 512 pilotsuz uçuş aparatı, 254 zenit-raket kompleksi, 2422 tank və digər zirehli döyüş texnikası, 266 reaktiv yaylım atəşi sistemi, 1051 artilleriya və minaatanı, həmçinin 2274 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib”, - o bildirib.

Geri qayıt