Günahsız 14 mülki güllələndi: yanlış kəşfiyyat məlumatı

Günahsız 14 mülki güllələndi: yanlış kəşfiyyat məlumatı Dekabrın 4-ü, axşam saatlarında Hindistanın Naqaland əyalətində hərbçilər tərəfindən azı 14 mülki şəxs və bir mühafizəçi öldürülüb.
Kəşfiyyatın yanlış məlumatı nəticəsində hərbçilərin açdığı atəş nəticəsində 15 nəfər ölüb, 10-dan çox insan isə yaralanıb.
Dövlət başçısının bəyanatında  deyilir ki, bu misli görünməmiş faciə kəşfiyyat xidmətinin hərbçilərə yanlış məlumat verməsi nəticəsində baş verib.
Qeyd edək ki, Hindistan mətbuatı  hərbçilərin Naqaland sakinlərini tez-tez insanları haqsız yerə təqib etməkdə və yersiz güc tətbiq etməkdə ittiham edirlər.

Geri qayıt