Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığı aparıb. Telefon söhbətində Ərdoğan BƏƏ-nin müstəqilliyinin 50 illik yubileyini təbrik edib. Qeyd edək ki, noyabrın 24-də Əbu-Dabinin vəliəhdi Türkiyədə rəsmi səfərdə olub.