Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gedib. Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.