Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Bayden ilə Qarabağ məsələsini müzakirə edəcək.
Bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Türkiyənin ABŞ-la geniş əlaqələri olduğunu vurğulayan Kalın prezidentlərin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə müzakirə olunacaq məsələlərdən danışıb: “ABŞ-la geniş əlaqələrimiz var. Siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Aralıq dənizi və başqa bölgələr, qlobal problemlər. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

Geri qayıt