PKK-ya qarşı İraqla birgə əməliyyat... - Akar

PKK-ya qarşı İraqla birgə əməliyyat... - Akar İraqla terror təşkilatına qarşı bərabər mücadilə üçün əlaqələrimiz mövcuddur.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar.
“İraq müdafiə naziri ilə danışıqlar aparırıq. Sərhədlərin təhlükəsizliyi məsələsində onlarla əməkdaşlıq etmək üçün işlərimizi davam etdiririk. Ötən həftə İraqdan heyət gəldi. Onlara Hatayda təhlükəsizlik sistemi ilə sərhədlərin təhlükəsizliyini necə təmin etdiyimizi göstərdik. Xüsusilə İraq-Suriya sərhədində nələr edə biləcəklərini araşdırırlar. Onlara kömək edə biləcəyimizi bildirdik. Ortaq bir mərkəz qurmaq da daxil olmaqla, birlikdə nələr edə biləcəyimizi müzakirə edirik", - deyə Akar bildirib.

Geri qayıt