Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı

Tiflis teleqülləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı Gürcüstanın paytaxtı Tiflisin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.
Şəhərin əsas simvollarından biri 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.
Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib.

Geri qayıt