Dünənin SABAHI-Professor ƏJDƏR İSMAYILOV haqqında film

Dünənin SABAHI-Professor ƏJDƏR İSMAYILOV haqqında film Aranfilm Yaradıcılıq Mərkəzi filoloq, tarixçi, türkoloq; filologiya elmləri doktoru, professor, 91-lərdən və YAP-ın ən fəal yaradıcılarından olan Əjdər İsmayılov haqqında “Dünənin SABAHI” adlı film ərsəyə gətirib.
Filmdə vətənpərvər alimin həyatı, elmi, ictimai-siyasi, pedaqoji fəaliyyəti haqqında geniş və dolğun məlumat verilir. Filmə özəllik verən isə Əjdər İsmayılovun səmimi və şirin ləhcəsidir.
Qeyd edək ki, film Yaradıcılıq Mərkəzinin professorun doğum gününə hazırladığı hədiyyəsidir.
Xatırladaq ki, aprelin 23-də 83 yaşı tamam olan Əjdər İsmayılov həm də Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədridir.


Geri qayıt