Çavuşoğludan tək şəxsiyyət vəsiqəsilə Azərbaycana səyahət paylaşımı

Çavuşoğludan tək şəxsiyyət vəsiqəsilə Azərbaycana səyahət paylaşımı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanla Türkiyə arasında tək şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı paylaşım edib.
“Bu gündən etibarən Can Azərbaycanla səyahətlər artıq sadəcə şəxsiyyət vəsiqəsi ilə mümkündür. Bütün maneələr aradan qalxır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun!” – deyə türkiyəli nazir “Twitter” hesabında yazıb.

Geri qayıt