Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.
Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək.

Geri qayıt