Əfqanıstanda birinci vitse-prezidentə hücum: 10 nəfər ölüb, 16 nəfər yaralanıb

Əfqanıstanda birinci vitse-prezidentə hücum: 10 nəfər ölüb, 16 nəfər yaralanıb Əfqanıstanın paytaxtı Kabulda, universitetin yaxınlığında birinci vitse-prezident Əmrullah Salehin avtomobil karvanına hücum nəticəsində törədilən partlayışda  10 nəfər ölüb, 16 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Bildirilib ki, partlayış nəticəsində Salehin dəftərxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri və cangüdəni də yaralanıb. Birinci vitse-prezident xəsarət almayıb.

Partlayışın məsuliyyətini “Taliban” da daxil olmaqla heç bir silahlı qruplaşma üzərinə götürməyib.
Geri qayıt