"Oskar" mükafatları bir neçə məkanda təqdim olunacaq

"Oskar" mükafatları bir neçə məkanda təqdim olunacaq "Oskar" mükafatlarının təqdimetmə mərasimi koronavirusun pandemiyası səbəbindən eyni zamanda bir neçə məkanda keçiriləcək.
Bu barədə Amerika Kino Sənəti Akademiyasının nümayəndəsi "Reuters" agentliyinə müsahibəsində deyib.
O bildirib ki, aprelin 25-də keçirilməsi planlaşdırılan tədbirlə bağlı yaxın zamanlarda daha ətraflı məlumat veriləcək.
Qeyd edək ki, mərasimin aparıcısı hələ ki, elan olunmayıb. 

Geri qayıt