Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda 13 013 yoluxma halı qeydə alınıb. Ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 985 161 nəfəri ötüb. Bildirilir ki, ötən sutka koronavirusdan daha 1 001 nəfər, hazırkı dövrədək isə 114 851 nəfər vəfat edib.