Quş qripi epidemiyası yayılmaqdadır - 250 min canlı məhv ediləcək

Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Müvafiq qərar Çiba prefekturasının səlahiyyətliləri tərəfindən verilib.
Sosa şəhərində tapılan yeni quş qripi epidemiyası, demək olar ki, 1,5 ildə prefekturada 8-ci dəfə qeydə alınıb.
Bundan əlavə, səlahiyyətlilər quşçuluq fabrikinin ərazisindən 10 km radiusda toyuq və yumurta ixracına qadağa tətbiq edib. Onların 3 km-dən çox məsafəyə köçürülməsi də qadağandır.