Ermənistanda 25 yaşlı rus hərbçi öldü

Ermənistanda 25 yaşlı rus hərbçi öldü Ermənistanın Şirak bölgəsində dəhşətli yol qəzası olub.
Yanvarın 23-nə keçən gecə ölkənin Fövqəladə Hallar Nazirliyinə Gümrüdəki Bulvarain küçəsində bir avtomobilin yanması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn xilasedicilər bir kişiyə məxsus “Opel Astra” markalı avtomobilin qoşqulu yük maşınına çırpıldığını aşkar edib. Hadisə nəticəsində meydana gələn yanğın söndürülüb, xilasedicilər sürücünün cəsədini avtomobildən çıxarıb.
Onun 25 yaşlı Rusiya vətəndaşı L.X.olduğu bildirilir.
Shamshyan.com” kriminal xəbər saytı sürücünün Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbçisi Leonid Xomyakov olduğunu dəqiqləşdirib.
Geri qayıt