Türkiyədə Amerika filmi çəkəcəklər

Türkiyədə Amerika filmi çəkəcəklər “Lock”, “Stock and Two Smoking” kimi ekran işlərində bir araya gələn aktyor Ceyson Steytem və rejissor Qay Riç yenidən eyni layihədə yer alacaq.
İkili bu dəfə aksiyon janrlı "Five Eyes" filmi üçün bir araya gəlib.
Verilən məlumatlara əsasən ekran işinin əsas hissəsi Türkiyədə lentə alınacaq. Film əsasən Antalya və Kəmər kimi istirahət zonalarında çəkiləcək. Buna görə də ekran əsərinin aktyor heyəti yanvarın sonunda Türkiyəyə gələcək.

Geri qayıt