Səkkizinci övladı olacaq

Səkkizinci övladı olacaq Amerikalı aktyor Alek Bolduinin səkkizinci övladı olacaq.
Bu barədə aktyorun həyat yoldaşı Hilariya instaqram hesabında paylaşım edib.
"Son bir neçə il ərzində çox sayda eniş-yoxuşdan sonra bizi böyük sürpriz gözləyir: bu payızda başqa bir Bolduin dünyaya gələcək" deyə, o, yazıb.
Qeyd edək ki, Alekin ilk evliliyindən Ayrlend adlı qızı var. O, Hilariya ilə 2012-ci ildən ailəlidir. Onların Karmen, Mariya, Rafael, Leonardo, Romeo və Eduardo adlı övladları var.
Onu da qeyd edək ki, Alek ötən ilin oktyabrında ABŞ-da "Rust" filminin çəkilişi zamanı ssenari əsasında açdığı atəşlərdən biri quruluşçu rejissor Qalina Xatçinsin ölümünə, digəri isə filmin rejissoru Coel Souzun yaralanmasına səbəb olmuşdu. 

Geri qayıt