Bekhem ailəsindən Ukraynaya DƏSTƏK

Bekhem ailəsindən Ukraynaya DƏSTƏK Dünya şöhrətli ingiltərəli futbolçu Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhem UNICEF-lə birlikdə ukraynalı uşaqlara yardım kampaniyası başladıb.
Devid Bekhem bu barədə instaqramda məlumat paylaşıb.
O qeyd edib ki, xanımı ilə aksiya üçün ilkin olaraq 1 milyon funt sterlinq (1,3 milyon ABŞ dolları) ödəyib.
Bekhem hər kəsi onun təşəbbüsünü dəstəkləməyə və Ukraynanın ən kiçik vətəndaşlarına kömək etməyə çağırıb: "Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılır. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları kəskinləşir. Hazırda 7,5 milyon uşaq təhlükədədir. Bura dərman və ailələrin təhlükəsiz evakuasiyası da daxildir. Mənə qoşulun və əlinizdən gələn hər şeyi edin".

Geri qayıt