ABŞ-da kimyəvi fabrik yandı

ABŞ-da kimyəvi fabrik yandı ABŞ-ın Nyu Cersi ştatının Passaik şəhərində kimyəvi fabrikdə güclü yanğın olub.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Şəhərin meri Hektor Lora ilkin məlumatlara görə 45 tondan artıq xlor qranullarının zərər gördüyünü açıqlayıb.
Hadisə zamanı bir yanğınsöndürən əməkdaşının yaralandığı deyilir.

Geri qayıt