Məşhur aktyor: “İkinci görüşdə evlilik təklifi etdim”

Məşhur aktyor: “İkinci görüşdə evlilik təklifi etdim” Türkiyəli aktyor Murat Yıldırım mərakeşli həyat yoldaşı İman Elbaniyə ikinci görüşdə evlilik təklifi etdiyini deyib.
Aktyor bu barədə “Hürriyet”ə müsahibəsində deyib:
“Mən ikinci görüşdə İmana evlilik təklif etdim. Bu, ifadə ediləcək bir şey deyil. Sanki illərdir tanıyırsan, yaşayırsan, hiss edirsən, söhbət edirsən... Mənim də həyatımda bir dəfə olub”.
Sərhədlərinin olmadığını da əlavə edən Murat Yıldırım “İstanbula gələndə 18 yaşım var idi. 35 yaşıma qədər həyatımı dəlisov yaşadım. Ancaq zaman keçdikcə insanlar durulur. Həyatımda heç bir məhdudiyyət yoxdur. İstədiyim kimi yaşayıram” deyib.


Geri qayıt