Miraydan estetik açıqlaması

Miraydan estetik açıqlaması Aktrisa Miray Daner estetik əməliyyat barədə danışıb.

Aktrisa plastik əməliyyat etdirməsi haqda çıxan xəbərlərə münasibət bildirib:
"Heç bir estetik etdirməmişəm. Çox gənc yaşlarımdan aktrisalıqla məşğulam. Böyüyürəm və insanlar bunun şahidi olurlar. Dəyişməmin səbəbi bu ola bilər.
10 kilo arıqladım. Pandemiya zamanı sağlam qidalanmağa başladım. Sonra baxdım vaxt keçmir, evdəki proqramıma idman da əlavə etdim".
Qeyd edək ki, Miray hazırda "Sayqı" serialında rol alır.


           
Geri qayıt