O da boşandı... - BUNA GÖRƏ...

O da boşandı...  - BUNA GÖRƏ... Aktrisa və müğənni Yeliz Yeşilmenin 11 illik həyat yoldaşı Əli Uğur Akbaşdan boşandığı iddia olunub.
İnstaqram hesabında canlı yayım edən aktrisa kədərli olduğunu və şəxsi həyatı ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib. O, sonunun "Acıların qadını", ifaçı Bergenə bənzəməsindən qorxduğunu ifadə edib.
"Bu gün iki saat ağladım. Gözlərim yanır, şişdi. Sonra qızım gəlib makiyaj etdi, etməli olduğum reklamlarım var. Çörək pulumdur, pul qazanmalıyam. Heç nə izah etməyəcəyəm. Ox yaydan çıxmışdı, dayandırıldı..." deyə, Yeliz açıqlayıb.
Qeyd edək ki, aktrisanın Ali ilə olan evliliyindən 2 övladı var.
Geri qayıt