Valeri Meladzenin 6-cı övladı dünyaya gəldi

Valeri Meladzenin 6-cı övladı dünyaya gəldi Rusiyalı müğənni Valeriy Meladzenin 6-cı övladı həyata göz açıb.
Bu barədə 56 yaşlı müğənni sosial şəbəkədə məlumat verib.
Sənətçinin müğənni həyat yoldaşı Albina Canabayevadan aprelin 12-də qız övladı dünyaya gəlib. O, övladının adını isə açıqlamayıb.
Qeyd edək ki, Valeriy və Albina 2014-cü ildə ailə həyatı qurub. Onların bu nikahdan 3 övladı var. Sənətçinin 2012-ci ildə boşandığı İrina Meladzedən isə 3 qızı dünyaya gəlib.


Geri qayıt