Ölümlə hədələnən Kıvanç cangüdən tələb etdi

Ölümlə hədələnən Kıvanç cangüdən tələb etdi Aktyor Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer cütlüyünü Sinan Altıntaş adlı şəxs ölümlə hədələdiyi üçün məhkəməlik olmuşdu.
3 ay müddətinə uzaqlaşdırma qərarı aldıran aktyor yenidən məhkəməyə müraciət edib.
Kıvanç, Sinan Altıntaşın onları sosial şəbəkədə yenidən təhdid etməyə başladığını deyib. S.Altıntaş Başak Dizerə “Ərin öləcək, heç ümidlənmə” deyə mesaj yollayıb.
Cütlük məhkəmədən həmin şəxsin həbs olunmasını və cangüdən verilməsini tələb edib.
Qeyd edək ki, Altıntaş ötən il sosial şəbəkədə Tatlıtuğa "Həbsxanaya girəcəksən, orada sənə nələr edəcəklər bir gör", Başaka isə "Ərini öldürüb səni itim edəcəyəm" sözlərini yazmışdı

Geri qayıt