Ahmet Kural yenidən hakim qarşısına çıxacaq

Ahmet Kural yenidən hakim qarşısına çıxacaq Bir müddət əvvəl aktyor Ahmet Kuralın keçmiş sevgilisi Sılaya qarşı şiddət göstərdiyinə görə həbsi istənilirdi. Qəsdən adam yaralama və təhdid etmə ilə ittiham olunan Kuralın 16 ay 20 gün həbs edilməsi tələb edilirdi.
Ahmetin vəkili verilən qərara etiraz edərək bu dəfə başqa bir məhkəmədə şikayətə yenidən baxılmasını tələb edib.

İkinci məhkəmə birinci dəfə verilən qərarı ləğv edib. Hadisənin yenidən araşdırılması haqqında qərar qəbul edilib.
Ahmet növbəti ay baş tutacaq məhkəmədə yenidən mühakimə olunacaq.

Geri qayıt