29 yaşlı müğənni məşhur aparıcını ifşa etdi

29 yaşlı müğənni Ece Ronay 64 yaşlı aparıcı Mehmet Ali Erbilin ona atdığı biədəb mesajları ifşa edib.
Müğənni İnstaqram hesabından "Klipimdə çəkildi, amma sonra əxlaqsız davranışları davam etdi" sözlərini yazaraq sitəm edib.
O, aparıcının "Bu gecə yanında yatmaq istəyirəm, TikTokda sinəni açıb göstərmək daha hörmətlidirmi?" sözlərinə "Mehmet Ali bəy, əlbəttə ki, belə bir şey mümkün deyil. Bunun nə demək olduğuna inana bilmirəm. Düşünürəm ki, başqasına yazmısınız. Necə bir tərzdir, şokdayam? Elə bir gün yoxdur ki, ölkəmizdə qadına təcavüz olunmasın. Zorakılıq deyirəm, çünki psixoloji şiddət də zorakılığın törəməsidir. Klipimdə çəkildi, amma klipdən sonra əxlaqsızlığı hər keçən gün böyüdü. Buna əhəmiyyət verməməyə çalışdım, yaşına və vəzifəsinə hörmət edərək susmağa çalışdım. Gördüyünüz qədər, ilk gündən ona düşündüyü kimi münasibət qura bilməyəcəyimizi dedim. Ancaq bu gün mənə ağla gələ bilməyəcək sözlər söylədi və təhdid etdi. Bu yazını məcbur olduğum üçün paylaşmalıyam. Bəlkə də karyerama zərər vuracaq, çünki o, illərdir bu bazarda olan bir adamdır. Amma dəyərsiz olduğumu hiss etdiyim üçün susmayacağam. Bu, xəbərdarlıq mesajıdır, başqa heç kim bu tələyə düşməsin deyə. Məşhur da olsanız, təcavüzdən qaça bilmirsiniz, ayıb olsun".
Aparıcı isə ünvanına deyilənləri qəbul etməyərək müğənnini məhkəməyə verəcəyini və telefonunu köməkçisinin istifadə etdiyini bildirib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png