Yaqub Zurufçu EKMO-ya niyə qoşulmamışdı? - Açıqlama

Koronavirusdan vəfat edən əməkdar artist Yaqub Zurufçuda böyrək çatışmazlığı, sepsis vəziyyət və multiorqan çatışmazlığı olduğu üçün EKMO aparatına qoşulmamışdı.
Bu barədə Yeni Klinikadan verilən açıqlamada qeyd olunub.
“Xəstənin EKMO-ya qoşulması üçün xüsusi göstəriş olmalıdır. Koronavirusla bağlı yaranan ağciyər zədələnmələrində ən effektiv dəstək sistemi mexaniki ventilyasiya və süni tənəffüs aparatı sayılır. EKMO-ya süni tənəffüs aparatında, tənəffüs parametrlərində müsbətə doğru dəyişiklik olmadığı zaman ehtiyac yaranır. Yaqub Zurufçuda mexaniki ventilyasiya ilə ağciyərin göstəricilərində lazımi hədəflərə nail olunmuşdu. Sənətçidə böyrək çatışmazlığı, sepsis vəziyyət və multiorqan çatışmazlığı var idi. Bu isə EKMO göstərişi hesab edilmir. Əsas lazım olan fasiləsiz böyrəkəvəzedici terapiya idi. Yaqub Zurufçuda ilk gündən bu terapiyaya başlanılmışdı”, - açıqlamada deyilib.
Klinikadan bildirilib ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunda isə mexaniki ventilyasiya ilə ilk saatlardan tənəffüs parametrlərində müsbətə doğru dəyişiklik olmayıb. Bu səbəbdən jurnalistin EKMO cihazına qoşulmasına ehtiyac yaranıb.
Qeyd edək ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində hazırda 12 ədəd EKMO cihazı mövcuddur. Bu cihaz ağır koronaviruslu xəstələrin müalicəsində tətbiq olunur.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png