Nura Suri pandemiya səssizliyini pozdu - VİDEO

Pandemiya səbəbilə bir çox ulduzların sənətində durğunluq yaransa da, müğənni Nura Suri yeni layihələri ilə dinləyicilərini sevindirməyə davam edir. “Düşünürdüm” adlı mahnısına çəkilən klipini müğənni yutub kanalında təqdim edib.
Sənətçi mahnı üçün əvvəlcə rəqqaslarla iki gün kamera qarşısına keçsə də, texniki problemlər səbəbilə çəkildiyi kadrlardan istifadə edilməyib. Odur ki, N.Suri yenidən başqa bir rejissora klip çəkdirməli olub. Mahnını Hüseyn Qəribov ekranlaşdırıb. Ayrılıqdan oxuyan müğənni klip zamanı bir neçə obrazda obyektiv qarşısına keçib.
Ekran işində modellər Əlisərdar Talıbov və Nigar Qədirlinin səmimi görüntüləri diqqət çəkib.
Qeyd edək ki, kompozisiyanın sözləri və musiqisi Buzzza, aranjimanı isə Emin Kərimə aiddir.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png