Əkizlər səhnədən gedir: "Tükəndik..."

Müğənni Sevil və Sevinc Səfərova bacıları səhnədən gedir.
Əkizlər bu barədə sosial şəbəkə hesablarında açıqlama yayıblar.
Sənətdən getdiklərini deyən ifaçılar sabahdan iki milyonluq "Instagram" hesablarını da siləcəklərini bildiriblər:
"Bilmirəm hazırda verdiyimiz açıqlama necə qarşılanacaq. Biz yorulduq, tükəndik, bitdik. Qərara gəldik ki, səhnəni tərk edək. Sabahdan "İnstagram" səhifəmiz aktiv olmayacaq. Bu günə qədər olan dəstəyiniz üçün çox sağ olun, bizə halallıq verin. Əlvida".
Bacıların bu açıqlaması birmənalı qarşılanmayıb, bəzi izləyicilər ifaçıların bunu reklam xatirinə etdiyini yazıblar.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png