Dekabrın 1-dən etibarən Rusiyadan Azərbaycana, İtaliyaya, Qırğız Respublikasına, Qazaxıstana və Vyetnama aviareyslərin sayı artırılacaq. Bunu Rusiyanın Operativ Qərargahından bildiriblər.Bundan başqa, bu tarixdən etibarən Rusiya ilə Argentina, Banqladeş, Braziliya, Kosta-Rika və Monqolustan arasında hava uçuşları bərpa ediləcək.