Dünyada ilk "uçan muzey" bu ölkədə açıldı

Dünyada ilk "uçan muzey" bu ölkədə açıldı Səudiyyə Ərəbistanında qeyri-adi "uçan muzey" - arxeoloji tapıntıların nümayiş olunduğu təyyarə uçuşları təşkil olunur.
Muzeyin unikallığı ondan ibarətdir ki, belə bir şey dünyanın heç bir yerində yoxdur. Ziyarətçilər Mədinə yaxınlığındakı qədim yaşayış məskəni Əl-Uluya uçarkən göyərtədə sərgiyə baxa bilərlər.
Bundan əlavə, uçuş zamanı ziyarətçilər Səudiyyə Ərəbistanının qədim abidələri və göyərtədə olan artefaktların tarixi haqqında sənədli filmə baxa biləcəklər.
Əl-Ula Məsələləri üzrə Kral Komissiyasının Baş Marketinq Direktoru Filip Cons bildirib ki, təyyarədə olan muzey bölgədəki arxeoloji işlərə diqqəti cəlb edə və müxtəlif ölkələrdən turistləri cəlb edə bilər.

Geri qayıt