Qadınlar koronavirusdan tamamilə sağalmır

Qadınlar koronavirusdan tamamilə sağalmır Lester Universitetinin alimləri qadınların koronavirusdan tam sağalma ehtimalının 33% daha az olduğunu müəyyən ediblər. 
Müvafiq tədqiqat “The Lancet Respiratory Medicine” jurnalında dərc olunub. 
Mütəxəssislər klinikalarda COVID-19-dan müalicə olunan 2320 nəfərin məlumatlarını təhlil ediblər. Onların vəziyyəti xəstəxanadan buraxıldıqdan dərhal sonra, 5 ay və 1 ildən sonra qiymətləndirilib. Tədqiqat nəticəsində məlum olub ki, 6 aydan az müddətdə xəstələnənlərin yalnız dörddə biri özünü infeksiyadan əvvəlki kimi hiss etməyə başlayır. 1 il sonra onların sayı bir qədər artıb - 28,9%.
Bildirilib ki, qadınlarda tam sağalma ehtimalı 33% aşağıdır. Obez insanlar iki dəfə, süni nəfəs aparatına ehtiyacı olanlar isə 58% daha az.
“Effektiv müalicə olmadan uzanan COVID-19 çox yayılmış yeni uzunmüddətli vəziyyətə çevrilə bilər”, - ingilis həkimləri qeyd edib. 

Geri qayıt