Ağız qoxusu və saralmış dişlərdən bu üsulla qurtulun

Ağız qoxusu və saralmış dişlərdən bu üsulla qurtulun Gün ərzində yeyilən yeməklər, çay, kofe, spirtli içki, siqarət və başqa səbəblərdən dişlər saralmağa başlayır. Bu, zamanla ağız qoxusunun yaranmasına və şəxsin özünü narahat hiss etməsinə səbəb olur. Bəzən istifadə olunan diş məcunları belə mümkün olan ağartını dişlərdə yarada bilmir.

Tərkibi:
Aktiv kömür - ½ çay qaşığı.
Yumurta qabığı tozu - 1 yemək qaşığı 
Ərinmiş kokos yağı - 1 yemək qaşığı.
Hazırlanma qaydası:
Kömür və yumurta qabığının tozuna kokos yağını əlavə edib məcun halına gələnə qədər qarışdırın. İstifadə etməyəcəyiniz qarışımı hava keçirməyən qabda saxlayın.
Bu qarışım, xüsusən tərkibindəki kömür təkcə dişləri ağartmaqla kifayətlənmir. Ağız boşluğunda bakteriyaların yaranmasını azaldır və qoxunun əmələ gəlməsinin qarşısını alır.

Geri qayıt