Dünyada uşaqların vaksinasiya yaşı 3-ə endirilir

Dünyada uşaqların vaksinasiya yaşı 3-ə endirilir Çində 3-11 yaşlarında uşaqların vaksinasiyasına başlanılır.
Bu barədə “Global Times” məlumat yayıb.Qeyd edilib ki, ölkənin mərkəzindəki Hubey ilə Hunan, güneyindəki Haynan və şərqindəki Cıcianq əyalətinin səhiyyə komissiyaları 3.1 yaşlı uşaqların peyvəndləmə prosesinə start verəcək. Azyaşlılara 2 doza “Sinopharm” və Sinovac” şirkətlərinin istehsalı olan inaktiv vaksinlərin vurulacağı açıqlanıb.
Digər əyalətlərdə də 3.11 yaşlıların vaksinasiyasının yaxın günlərdə başlayacağı bildirilib.
Qeyd edək ki, bu vaxta qədər Çində 12 və daha yuxarı yaşlardakı uşaqların koronavirusa qarşı peyvəndlənməsinə icazə verilirdi.
Geri qayıt