Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA

Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA “Azərbaycanda yeni növ koronavirus (COVİD-19) infeksiyasının “mü” ştamı ilə yoluxma faktı qeydə alınmayıb. “Mü” ştammının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O bildirib ki, “mü” ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: “Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un “mü” ştammı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Geri qayıt