Myasnikov xərçəngin yaranma səbəblərindən danışdı

Myasnikov xərçəngin yaranma səbəblərindən danışdı Moskvanın 71 saylı xəstəxanasının baş həkimi, teleaparıcı Aleksandr Myasnikov xərçəng xəstəliyinə səbəb ola biləcək məhsulların adlarını açıqlayıb.
Sağlam olmayan pəhrizin hər beşdə biri xərçəngə səbəb olur.
Həkim piylənməyə səbəb ola biləcək və nəticədə qanda insulin səviyyəsini artıracaq qidalardan uzaq durmağı tövsiyə edir. Myasnikov vurğulayıb ki, diabet xəstələrində bədxassəli şiş riski 8 dəfə artır. O, un məhsullarının zərərlərini sadalayıb.
Həkim “Rossiya-1” telekanalında “Şəkər, duz, düyü, makaron, çörək yeməyə ehtiyac yoxdur. Bütün bunlar kökəlməyə, şəkərin artmasına və xəstəliklərə, xərçəngə səbəb olur” deyib.
Myasnikov hətta orta dozada döş və bağırsaq xərçənginin inkişaf riskini artıran spirtli içkilərdən də danışıb. Həkim qeyd edib ki, çox miqdarda duz istehlakı mədə xərçənginə səbəb ola bilər - duz, spirtli içki və siqaret kanserogen maddələrdir.

Geri qayıt