Operativ Qərargah məlumat yaydı

Operativ Qərargah məlumat yaydı Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 460 092 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 409 404 nəfər müalicə olunaraq sağalıb, 6103 nəfər vəfat edib, aktiv xəstə sayı 44 585 nəfərdir.
Ölkədə son sutka ərzində 13 536 , hazırkı dövrədək isə 4 652 996 test aparılıb.

Geri qayıt