1 həftəyə selülitlərdən qurtulun

1 həftəyə selülitlərdən qurtulun Xanımları ən çox narahat edən qüsurlardan biri də selülitdir. Bu səbəbdən kalorinin qeyri-bərabər toplandığı bölgələri müxtəlif yollarla örtməyə çalışırlar.
Ev şəraitində 1 həftə ərzində selülitdən qurtulmanın yollarını təqdim edir.
Bədəndəki xoşagəlməz görüntüdən xilas olmaq istəyirsinizsə, öncə bir məşq proqramı hazırlayın. Evdə edilə biləcək asan məşqlərlə ayaqlarınızı daha çox işlək vəziyyətə gətirin. Hərəkət edən ayaqlar yağ yandırdığı üçün selülit meydana gəlməsinin qarşısını alır. Məşq hərəkətlərində ayaqların işləməsi çox vacibdir.
Selülitdən xilas olmaq üçün hər səhər bir qaşıq zeytun yağı da istehlak edə bilərsiniz. Zeytun yağı bədəndəki yağların əriməsində təsirlidir. Bədənin ehtiyac duyduğu su istehlakı da selülit üçün çox vacibdir. Daha çox su içmək bədəndəki yağların azalmasına kömək edəcək və selülitin yaranmasının qarşısını alacaq.

Geri qayıt