ÜST-dən MÜƏMMALI AÇIQLAMA: Suala qəti cavab verilmir...

ÜST-dən MÜƏMMALI AÇIQLAMA: Suala qəti cavab verilmir... Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri tərəfindən hazırlanan hesabatda yeni koronavirusun yayılma mənbəyinin Çindən xaricdə olması istisna edilmir.
“The Wall Street Journal” nəşrinin jurnalistləri yanvar-fevral aylarında Çində koronavirusun mənşəyinin yayılma şərtlərini aydınlaşdırmaqla məşğul olan mütəxəssislər tərəfindən hazırlanmış hesabatla tanış olublar.
Materialda qeyd edilir ki, mütəxəssislər virusun harda və necə yayılmağa başlaması barədə suala qəti cavab vermirlər.
“Məruzədə virusun Çindən xaricdə yaranması və sonra ölkəyə bu ölkədə yayılması ehtimalı irəli sürülür. Bu fərziyyə Çin səlahiyyətliləri tərəfindən irəli sürülüb, ABŞ və digər Qərb dövlətlərinin hökumətləri buna qarşı çıxıblar”, - deyə materialda bildirilir.
Sənəddə qeyd edilir ki, ÜST-ün ekspertləri həmçinin "Çində xəstəxanaların məlumatlarını və 2019-cu ilin dekabrına qədər alınmış qan nümunələrini daha çox diqqətlə öyrənməyi” məsləhət görürlər. Bundan başqa, mütəxəssislər hesab edirlər ki, Çinin heyvanları bəsləmə fermalarında yoxlamalar aparmaq lazımdır. Güman edilir ki, bu, virusun insana harada ötürüldüyünü aydınlaşdırmağa kömək edə bilər.

Geri qayıt