Səhər yeməyi niyə vacibdir?

Səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə düz mütənasibdir.
Müvafiq tədqiqatın nəticələri Amerika Kardioloqlar Kollecinin jurnalında çap olunub.
Mütəxəssislər "National Health and Nutrition Examination Survey" proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaş arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib.
Məlum olub ki, uzun müddət ərzində səhər yeməyindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmin pozulmasına meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərirlər.
Tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png