Həkim immuniteti gücləndirən SİRRİ AÇDI

Bədənin müdafiəsini gücləndirməyin ən etibarlı yolu COVID-19 və qrip kimi təhlükəli infeksiyalara qarşı peyvənd olunmaqdır.

Bu barədə rusiyalı həkim Filip Kuzmenko danışıb. İmmuniteti gücləndirməyin yollarını izah edən həkim qeyd edib ki, “köməkçi vasitələr” bədənin payıza xas olan müxtəlif virus infeksiyalarına qarşı müqavimət qabiliyyətini artıra bilir:

“Bal, limon, zəncəfilli çay və ya kakao içə bilərsiniz. Tərkibində C vitamini olan meyvələrə üstünlük verin. Bunlar yaxşı köməkçilərdir. İnfeksiyaya qarşı mübarizədə bədəni gücləndirən ciddi və “gizli bir silah” da var. İmmunitetin yaxşı işləməsinə təsir edən bu gizli silah gəzməkdir. İnsan gündə beş min addım atmalıdır. Bilin ki, hərəkətsiz həyat tərzi sürən adamın immuniteti pozulur”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png